"RİA Novosti"nin sabiq baş redaktoru "Sberbank"ın birinci vitse-prezidenti təyin olunub

"RİA Novosti"nin sabiq baş redaktoru "Sberbank"ın birinci vitse-prezidenti təyin olunub
# 01 fevral 2016 11:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "RİA Novosti" agentliyinin sabiq baş redaktoru Svetlana Miranyuk yeni vəzifəyə təyin olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Miranyuk fevralın 1-dən "Sberbank"ın birinci vitse-prezidenti və marketinq və kommunikasiya departamentinin direktoru təyin olunub.

Bundan əvvəl bu vəzifəni tutan Natalya Germanova isə "Sberbank"ın prezidenti, İdarə Heyətinin sədri German Qrefin müşaviri təyin olunub.

Qeyd edək ki, S. Miranyuk 2003-cü ildən 2013-cü ilə kimi “RİA Novosti” agentliyinə rəhbərlik edib. 2013-cü ilin sonunda “RİA Novosti”nin ləğv edilməsindən sonra S. Miranyuk da agentlikdəki vəzifəsindən uzaqlaşdırılıb. “RİA Novosti” agentliyi “Rossiya Seqodnya” adlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR