Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək
# 13 yanvar 2016 13:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 20-dən 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə həyata keçirilir.

Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar.

Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iştirak üçün festivalın münsiflər heyətinə repertuarda olan iki tamaşa – Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” və L.Nuren “Mən gəldim qızlar” (“Müharibə”) haqqında məlumat göndərib. Münsiflər heyəti tərəfindən qəbul olunacaq tamaşa festivalda nümayiş etdiriləcək.

Festivalın keçirilməsinin əsas məqsədi müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR