Lənkəranda “Dəmirağacı” 3-cü sənətkarlıq sərgisi açılıb

Lənkəranda “Dəmirağacı” 3-cü sənətkarlıq sərgisi açılıb
# 18 mart 2016 19:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Martın 18-də Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhərin dəmiryol vağzalı meydanında sənətkarlıq işi üzrə ənənəvi “Dəmirağacı” sərgisi açılıb.

APA-nın cənub bürosunun məlumatına görə, sərgidə rayonun 48 klub filialının 1000-dən çox dülgərlik, dulusçuluq, dəmirçilik, dekorativ tətbiqi sənət, toxuculuq, tikiş, biçmə, döymə və ağac üzərində oyma işi nümayiş etdirilib.

Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə sərginin keçirilməsinin məqsəd və məramı barədə danışaraq, nümayiş olunan əl işləri barədə məlumat verib. Haftoni, Tütəpeştə, Günəhir, Havzava, Gəgiran kənd Sənətkarlıq, Türkəkəran, Boladi, Parakənd, Mamusta kənd Folklor, Osaküçə, İsti-su, Hirkan kənd Yaradıcılıq klublarının təqdim etdikləri sənətkarlıq nümunələri peşəkarlıq baxımından tamaşaçılarda daha böyük maraq yaradıb. Əl işlərinin bir qismi elə yerindəcə satılıb.

Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə APA-nın yerli bürosuna bildirib ki, nümayiş etdirilən əl işlərinin üzərində onların adının yazılması tamaşaçıların bu cür xalq sənəti nümunələrini unutmaması üçün nəzərdə tutulub: ”Müasir sənaye bumunda bu cür sərgilər həm də qeyri- maddi mədəni irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR