Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 16 yanvar 2016 09:06 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün Salyan-Neftçala avtomobil yolunun 7-ci kilometrliyində, rayonun Xocalı kəndi ərazisində qeydə alınıb.

Neftçala rayonunun Kürqarabucaq kənd sakini, 44 yaşlı Vahid Səftər oğlu Quliyevin idarə etdiyi "VAZ 21015" markalı avtomobil "VAZ 2101" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 21015" markalı avtomobilin sürücüsü və sərnişinlər - Kürqarabucaq kənd sakinləri, 39 yaşlı Zəminə İsmayıl qızı Məcidova, 13 yaşlı Adilə Əli qızı Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR