Qusar sakini iki həmkəndlisini avtomobillə vurub, onlardan biri ölüb - YENİLƏNİB

Qusar sakini iki həmkəndlisini avtomobillə vurub, onlardan biri ölüb - <span style="color: red;">YENİLƏNİB
# 30 dekabr 2015 10:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Qusarda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 29-da Qusar rayonunun İmamqulu kəndində kənd sakini Habil Abbasov münaqişə zəminində idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndliləri Əliverdi Mirəzyevi və Ziyəddin Ağasıbəyovu vurub hadisə yerinin tərk edib. Ə.Mirzəyev hadisə yerində ölüb, Z.Ağasibəyov isə xəstəxanaya yerləşdirilib.

Qusar rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

12.27

***

Qusar. Vəli Turan - APA. Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun İmamqulukənd kəndi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü rayon sakini Ağcabəyov Ziyəddin Rahib oğlunu maşın vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR