İsmayıllı sakini dəm qazından zəhərlənib

İsmayıllı sakini dəm qazından zəhərlənib
# 09 yanvar 2016 09:38 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayyılı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün səhər saatlarında İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 40 saylı evdə qeydə alınıb.

Şəhər sakini, 1992-ci il təvəllüdlü Vahidova Elnarə Mübariz qızı evin hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib.

Ailə üzvləri onu hamamda huşsuz vəziyyətdə aşkar edib, dərhal həkim çağırıblar.

Bir uşaq anası olan Elnarə Vahidova daha sonra İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti normallaşıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR