Ağ Ev: “Suriya və İraqda İŞİD silahlılarının sayı azalır”

Ağ Ev: “Suriya və İraqda İŞİD silahlılarının sayı azalır”
# 05 fevral 2016 04:23 (UTC +04:00)

Bakı-APA. ABŞ kəşfiyyatının məlumatına əsasən, İŞİD terror qruplaşması sıralarında döyüşən silahlıların sayı 25 minədək azalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“Kəşfiyyatın əldə etdiyi son məlumatlara əsasən, İraq və Suriyada döyüşən silahlıların sayı 31,5 mindən 25 minədək azalıb. Onların sayı azalsa da, İŞİD hələ də dünya üçün böyük təhlükə yaradır”, deyə Ernest qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR