Fransada terror aktı törətməyi planlaşdıran 2 qız saxlanılıb

Fransada terror aktı törətməyi planlaşdıran 2 qız saxlanılıb
# 25 sentyabr 2016 16:14 (UTC +04:00)

Bakı-APA. Fransa Daxili Təhlükəsizlik İdarəsinin (DGSI) əməkdaşları Nice şəhərində terror aktı törətməyi planlaşdıran iki qızı saxlayıb.

APA-nın “Parisien” qəzetinə istinadən verdiyi məlumata görə, Nice sakinləri olan 17 və 19 yaşlı qızlar sentyabrın ortalarında saxlanılıb.

Qızların messencer vasitəsi ilə Fransa vətəndaşı olan İŞİD terrorçusu Rəşid Kassim ilə əlaqə saxladıqları üzə çıxıb.

Qızlardan bir barədə bundan əvvəl terrorçu qrupla əlaqəli cinayət işi ilə bağlı araşdırma aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR