SOCAR Novorossiysk limanından xam neftin ixracını bir ildə 18%-dən çox azaldıb

SOCAR Novorossiysk limanından xam neftin ixracını bir ildə 18%-dən çox azaldıb
# 03 oktyabr 2016 15:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR bu ilin sentyabr ayında Novorossiysk limanından 169 279 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 0,29% azdır.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 898 048 ton xam neft ixrac edilib. Bu isə ötən ilin 9 ayı ilə müqayisədə 18,39% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR