Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 5 hərbçi həlak olub

Türkiyədə PKK-ya qarşı əməliyyat zamanı 5 hərbçi həlak olub
# 07 aprel 2016 18:43 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin əyalətində PKK terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 5 hərbçi həlak olub. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

“Mardin əyalətinin Nusaybinə rayonunda keçirilən əməliyyat zamanı kustar üsulla hazırlanmış partladıcı qurğunun işə salınması nəticəsində bir zabit və polis əməkdaşı həlak olub, üç hərbçi isə yaralanaraq xəstəxanaya yerləşdirilib”, - deyə Baş Qərargahın məlumatında bildirilir.

Telekanalın məlumatına görə, Nusaybinədə baş vermiş digər atışma nəticəsində daha 2 hərbçi həlak olub, 2-si isə yaralanıb.

Baş Qərargahın məlumatına görə, əməliyyat zamanı ötən sutka ərzində 23 PKK üzvü məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR