Nazirlik: Nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı Azərbaycan reallığına uyğun təkliflər hazırlanıb

Nazirlik: Nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı Azərbaycan reallığına uyğun təkliflər hazırlanıb
# 20 oktyabr 2015 13:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Vergilər Nazirliyi nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı Azərbaycan reallığına uyğun olaraq təkliflərini hazırlayıb və müvafiq instansiyalara təqdim edib".

Bunu "APA-Economics"ə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Nazir müavini bildirib ki, təkliflərdə həm stimullaşdırıcı, həm də inzibati tədbirlər yer alıb: "Bunların hər ikisi paralel getməlidir. Başqa cür mümkün deyil. Sevindirici haldır ki, son 9 ayın nəticələrinə görə, nağdsız hesablaşmaların həcmində artım var. Düşünürük ki, hökumət tərəfindən bu təkliflərə baxılıb qərar veriləndən sonra, sənəd Milli Məclisə təqdim olunacaq".

S. Ələkbərovun sözlərinə görə, stimullaşdırıcı tədbirlərdən biri əlavə dəyər vergisi sahəsində güzəştlərin nəzərdə tutulmasıdır. "POS-terminallardan istifadə edənlər üçün güzəşt nəzərdə tutulur. Bundan başqa, müəyyən sərhəd, limit müəyyənləşdiriləcək. Bu çərçivədə nağd və nağdsız hesablaşmalar aparmaq mümkün olacaq. Konkret təkliflərimizi irəli sürmüşük. Düşünürəm ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq. Çünki, bunun da artıq zamanı yetişib. Nağdsız hesablaşmalar bu gün çox ciddi vergi bazası kimi özünü göstərir və biz bunu bilirik. Çünki, nağdsız hesablaşma vergi bazasının genişləndirilməsi ilə bilavasitə bağlıdır. Əməliyyat nağd aparılırsa, ona nəzarət etmək çətindir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR