Bu il Azərbaycanda 13 yaşlı oğlan və 4 yaşlı qız əcnəbilərə övladlığa verilib

Bu il Azərbaycanda 13 yaşlı oğlan və 4 yaşlı qız əcnəbilərə övladlığa verilib
# 31 may 2016 15:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-cı ildə Azərbaycanda əcnəbilər tərəfindən 2 övladlığa götürmə faktı qeydə alınıb. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib.

O bildirib ki, uşaqlar azərbaycanlı xanımlarla ailə quran Böyük Britaniya və Türkiyə vətəndaşlarına övladlığa verilib.

S. Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan biri 13 yaşlı oğlan, digəri isə 4 yaşlı qız uşağıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR