NATO Rusiyanın Suriyadakı hərəkətlərini pisləyib

NATO Rusiyanın Suriyadakı hərəkətlərini pisləyib
# 05 oktyabr 2015 19:00 (UTC +04:00)

Bakı-APA. NATO-nun növbədənkənar iclasında Rusiyanın Suriyadakı hərəkətlərini pisləyən bəyanat qəbul edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda Rusiyanın Suriyada hərbi iştirakına dair narahatlıq ifadə olunub.

“Biz Rusiyanı Suriya müxalifəti və dinc əhaliyə hava zərbələri endirməyə son qoyaraq, İŞİD terror qruplaşması ilə mübarizədə əməkdaşlığa çağırırıq”, bəyanatda deyilir.

Həmçinin, Alyans Rusiya hərbi təyyarəsinin Türkiyənin hava məkanını pozması ilə əlaqədar rəsmi Moskvadan izahat tələb edib.

Qeyd edək ki, NATO-nun növbədənkənar iclası qurumun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR