Numan Kurtulmuş: “Türkiyə Suriyada atəşkəs rejiminə dair sazişi dəstəkləyir”

Numan Kurtulmuş: “Türkiyə Suriyada atəşkəs rejiminə dair sazişi dəstəkləyir”
# 22 fevral 2016 20:50 (UTC +04:00)

Bakı-APA. Türkiyə Suriyada atəşkəs rejiminə dair sazişi dəstəkləyir

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Düşünürük ki, atəşkəsə nail olmaq mümkündür. Ümid edirik ki, əvvəlki anlaşmalardan fərqli olaraq, bu razılaşmaya əməl olunacaq”, deyə N.Kurtulmuş bildirib.

Bununla belə hökumət rəsmisi bildirib ki, Türkiyə öz sərhədlərini hər hansı təhdidlərdən qorumaq hüququnu özündə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR