İspaniya La Liqası: “Espanyol” autsayderlə bacarmayıb

İspaniya La Liqası: “Espanyol” autsayderlə bacarmayıb
# 23 fevral 2019 01:57 (UTC +04:00)

Futbol üzrə İspaniya La Liqasında XXV turun açılış matçı keçirilib. ONA-nın məlumaıtna görə, qarşılaşmada “Espanyol” “Hueska”nı qəbul edib.

Ev sahibləri autsayderlə görüşdə xal itkisi ilə üzləşiblər. “Espanyol” hesabı açsa da, yekunda 1 xalla kifayətlənib.

Nəticədə onlar 30 xalla 13-cü pillədə yer alıblar. “Hueska” isə 19 xalla yenə sonuncu – 20-ci pillədədir.

İspaniya La Liqası

XXV tur

“Espanyol” – “Hueska” – 1:1

Qranero, 25 – Etçeyta, 47

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR