Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib

Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib
# 02 sentyabr 2015 20:14 (UTC +04:00)

Bakı-APA. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) bir sıra Rusiya şirkəti və vətəndaşlarına qarşı sanksiyaları genişləndirib.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbər görə, bu barədə qərar MTMŞ-nın iclasında qəbul edilib.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Nazirlər Kabineti və Təhlükəsizlik Xidmətinin təkliflərini qəbul edərək Rusiya Federasiyasının hüquqi və fiziki şəxslərinə qarşı tətbiq edilən sanksiya siyahısını genişləndirməyi qərara alıb. Bu şirkət və vətəndaşlar terror fəaliyyəti həyata keçirir, terrorizmin maliyyələşdirilməsi və yaxud dəstəyində iştirak edir, həmçinin beynəlxalq hüquq normalarını pozaraq Ukrayna ərazisinin bir hissəsinin Rusiya tərəfindən ilhaq edilməsini dəstəkləyirlər”, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR