Bakıda 7-ci "Birləşmiş Krallıqda Təhsil" sərgisi keçirilir

Bakıda 7-ci "Birləşmiş Krallıqda Təhsil" sərgisi keçirilir
# 22 oktyabr 2016 11:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda 7-ci "Birləşmiş Krallıqda Təhsil" sərgisi keçirilir. APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts Böyük Britaniyanın təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, hər il ingilisi dilini öyrənmək üçün Böyük Britaniyaya müxtəlif ölkələrdən tələbələr gəlir: "Bu tələbələr ölkə iqtisadiyyatının inkişafına töhfə verir. İndiyə kimi 170-dən çox tələbə Çivninq Proqramı üzrə təhsil alıb. 2013-cü ildən indiyə kimi bu sərgilərdə Britaniyanın 80-dən çox universitet, kollec, məktəb və dil kursu iştirak edib. Səfirlik sərginin partnyoru qismində iştirak edir. Bugünkü sərgiyə 17 təhsil müəssisəsi qatılıb".

Daha sonra çıxış edən "British Counsil"ın Azərbaycan üzrə direktoru Elizabet Vayt xaricdə təhsil imkanlarının ildən ilə artdığını deyib. O bildirib ki, bu sərgi Azərbaycanda 4 ildir keçirilir: "Britaniyanın aparıcı təhsil müəssisələrindən nümayəndələri buraya dəvət edir, burada görüşlər təşkil edirik".

Sərgi bu gün axşam saat 17-yə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR