Ağ Evdə ticarət məsələləri üzrə Şura yaradılacaq

Ağ Evdə ticarət məsələləri üzrə Şura yaradılacaq
# 22 dekabr 2016 00:09 (UTC +04:00)

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ticarət məsələləri üzrə Şura yaratmaq niyyətindədir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Trampın keçid qərargahından bildiriblər.

Məlumata əsasən, Şuraya tanınmış iqtisadçı Piter Navarro başçılıq edəcək. Şura prezidentə ticarət məsələləri, yeni iş yerlərinin açılması və sənayenin inkişafına dair tövsiyələr verəcək. Piter Navarro eyni zamanda Donald Trampın ticarət və sənaye üzrə müşaviri olacaq.

Qeyd edək ki, Piter Navarro Çinə qarşı sərt iqtisadi siyasətin aparılmasının tərəfdarı kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR