Bu gün Bağdadda ikinci dəfə partlayış törədilib.
APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, paytaxtın Baladiyat rayonunda bazarda terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
Partlayış nəticəsində 10 nəfər ölüb.
Qeyd edək ki, bundan öncə Bağdadın Cəmilə rayonunda bazarda bomba yüklü avtomobilə partlayış törədilib. Partlayış nəticəsində 13 nəfər ölüb, 50 nəfər yaralanıb. Bu partlayışa görə artıq İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. Son partlayışa görə isə hələ ki, məsuliyyəti öz üzərinə götürən yoxdur.
***
saat 11.11
Bu gün Bağdadda tərəvəz bazarında partlayış törədilib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, əsasən şiələr yaşayan rayonda törədilən partlayışda ən azı 13 nəfər ölüb, 50 nəfər yaralanıb.
Olayla bağlı hələ əlavə məlumat verilmir.