Deputat orqanlarının bağışlanmasını vəsiyyət edən insanlara güzəştlər təklif edib

Deputat orqanlarının bağışlanmasını vəsiyyət edən insanlara güzəştlər təklif edib
# 09 fevral 2018 09:27 (UTC +04:00)

“Bir insan sağ olan zaman orqanlarının bağışlanması barədə vəsiyyət edibsə, bu insanlara orqan köçürülməsi zamanı güzəştlər olmalıdır. Yəni bu insan sağlığında tutaq ki, böyrəklə bağlı problemlə rastlaşıbsa, ilk növbədə belə insanlara böyrək və digər orqanlar köçürülməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə komitənin sədri müavini Musa Quliyev bildirib.

Orqan transplantasiyası ilə əlaqədar Milli Məlumat Sisteminin yaradılmasını təklif edən M. Quliyev deyib ki, bəzi insanlar sağlığında donor olsalar da, adlarının açıqlanmasını istəmirlər: “Bu məsələlərin hamısı qanunda əksini tapmalıdır. Gələcəkdə Azərbaycanda icbari tibbi sığorta tam tətbiq olunandan sonra bunun maddi tərəfi icbari tibbi sığorta hesabına təmin ediləcək. Təklif edirəm ki, Səhiyyə komitəsinin nəzdində İşçi qrupu yaradılsın. Bu İşçi qrupuna mütəxəssislər, maraqlı şəxslər cəlb oluna bilər. Ya yeni bir qanun layihəsi hazırlayaq, ya da mövcud qanuna geniş əlavə və dəyişikliklər edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR