Gürcüstanda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Gürcüstanda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb
# 29 iyul 2015 00:14 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Xaşur rayonunda ağır yol qəzası baş verib.

APA-nın "newsgeorgia.ge" saytına istinadən verdiyi məlumata görə, sərnişin avtobusunun mikroavtobusla toqquşması nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Avtobusun Azərbaycan dövlət nömrə nişanlı olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatları barədə məlumat verilmir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR