Prokuror keçmiş MTN əməkdaşına cəza istəyib

Prokuror keçmiş MTN əməkdaşına cəza istəyib
# 04 iyul 2018 08:39 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş MTN əməkdaşı Elçin Əhmədovun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosedə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

Prokuror E.Əhmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, E.Əhmədov vətəndaşları dövlət orqanlarında işə düzəldəcəyi vədini verərək, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

E.Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub. Sonradan işdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR