İslandiyada parlament seçkilərində baş nazirin partiyası liderlik edir

İslandiyada parlament seçkilərində baş nazirin partiyası liderlik edir
# 29 oktyabr 2017 06:13 (UTC +04:00)

İslandiyada hazırkı baş nazir Byarni Benediktssonun rəhbərlik etdiyi Müstəqillik Partiyası növbədənkənar parlament seçkilərində liderlik edir.

APA-nın məlumatına görə, bunu “Iceland Monitor” nəşrinin saytında yerləşdirilən ilkin nəticələr təsdiqləyir.

İslandiyada 248,5 min səsvermə hüququna malik vətəndaş var. İndiyə qədər 124 min seçki bülleteni sayılıb və Müstəqillik Partiyası seçicilərin 25 faizinin səsini alıb. İkinci yerdə 17 faizlə Yaşıllar Partiyası, üçüncü yerdə 12,7 faiz səslə Sosial-Demokratik Alyans gəlir.

Səslərin sayılması davam edir. Seçici fəallığı ilə bağlı məlumat açıqlanmayıb.

Qeyd edək ki, İslandiyada növbədənkənar parlament seçkiləri oktyabrın 28-də keçirilib. Buna səbəb sağ-mərkəzçi üç partiyanın bir araya gəldiyi “İşıqlı gələcək” hakim koalisiyasından partiyalardan birinin çıxması olub. Buna səbəb Müstəqillik Partiyasının sədri və baş nazir B. Benediktssonun seksual cinayətkar və atası ilə bağlı qalmaqalı aradan qaldırmağa cəhd etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR