Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2017 22:55 (UTC +04:00)

Tovuzda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” və “Opel” markalı iki avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1965-ci il təvəllüdlü Sarıyev Azər Mahmud oğlu, sərnişinlər 1965-ci il təvəllüdlü Sarıyeva Mahirə Cahangir qızı, 1970-ci il təvəllüdlü Sarıyeva Şəhla Dəmir qızı və Opel-in sürücüsü Gədəbəy rayon sakini 1956-cı il təvəllüdlü Abdullayev Vilayət Qəşəm oğlu müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR