Vurğun Əyyub: “Bu qədər ağ yalan danışmaq üçün insan gərək məlumatsız olsun”

Vurğun Əyyub: “Bu qədər ağ yalan danışmaq üçün insan gərək məlumatsız olsun”
# 15 iyul 2015 15:04 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu qədər ağ yalan danışmaq üçün insan gərək məlumatsız olsun”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini, Müsavat Məclisinin sabiq üzvü Vurğun Əyyub deyib.

Xatırladaq ki, Müsavat başqanı Arif Hacılı partiya Məclisinin son iclasında Müsavat Partiyasından qopan bir qrupun yaratdığı ADR-in faktiki özünü doğrultmadığını, heç bir fəaliyyət ortaya qoya bilmədiyini bildirib.

Bu fikri əsassız sayan V. Əyyub isə qeyd edib ki, ADR indiyə iqtisadi və təhsil məsələləri ilə bağlı dinləmələr keçirib və bu dinləmələrin hər biri cəmiyyətdə böyük maraqla qarşılanıb: “Bundan başqa, ADR ölkədə baş verən siyasi, mədəni, ictimai məsələlərlə bağlı mövqe bildirib, bəyanatlarla çıxış edib”.

Qarşıdan gələn parlament seçkilərində ADR-in iştirakına gəlincə, V. Əyyub ADR-in ictimai təşkilat olduğunu, qanunvericiliyin ictimai təşkilatın seçkilərdə iştirakına imkan vermədiyini nəzərə çatdırıb: “Amma ADR üzvlərindən kimsə seçkidə iştirak etmək istəyəcəksə, təşkilatımızın üzvləri həmin namizədə yardımçı olacaqlar. ADR rəhbərliyinə gəlincə, Qubad İbadoğlunun açıqlamalarından hələ belə görünür ki, namizədliyini vermək niyyətində deyil. Ancaq mən qərara gəlmişəm ki, Suraxanı rayonu 30 saylı Seçki Dairəsindən namizədliyimi verim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR