Gəncə sakini parkda idman edərkən ölüb

Gəncə sakini parkda idman edərkən ölüb
# 10 yanvar 2017 13:19 (UTC +04:00)

Gəncə şəhər sakini parkda idman edərkən dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində yerləşən parkda baş verib.

Şəhər sakini, 1951-ci il təvəllüdlü İsrafilov Rəddin Talıb oğlu parkda idman edərkən huşunu itirib. Müayinə zamanı R. İsrafilovun ürək tutmasından vəfat etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR