Saatlı və Şəkidə yanğın olub

Saatlı və Şəkidə yanğın olub
# 20 yanvar 2017 06:37 (UTC +04:00)

Saatlı rayonunda yanğın hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Bəylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin iki otağının tavanı 40 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəki rayonu, Qoxmuq kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 140 m² köməkci tikilinin içərisində yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR