Salyanda kriminal avtoritetdən silah və narkotik götürülüb

Salyanda kriminal avtoritetdən silah və narkotik götürülüb
# 30 yanvar 2017 09:18 (UTC +04:00)

Salyan sakinindən silah və narkotik götürülüb.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, yanvar 25-də Salyan rayon sakini Y.Qaqarin küçəsi, ev 10-da yaşayan 1979-cu il təvəllüdlü Əliyev İlqar Lazım oğlu qanunsuz odlu silah və narkotik vasitə gəzdirdiyi üçün saxlanılıb. Ondan “Naqan” tipli tapança, 5 ədəd patron və 20 qram narkotik vasitə olan həşiş qatranı götürülüb. Əvvəllər 3 dəfə məhkum olan şəxs boks üzrə 6 dəfə Azərbaycan çempionu və qaydasız döyüşlərin iştirakçısı olub.

Faktla bağlı Sayan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, İlqar Əliyev kriminal aləmdə “Rıjıy İlqar” (boksçu İlqar) kimi tanınır. Onun kriminal aləmdə qanunsuz olaraq, “kriminal aydınlaşdırmalarda” (“razborka”), “vəziyyətə nəzarət” kimi funksiyaları yerinə yetirdiyi bildirilir. Məlumata görə, o, müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən şantaj və hədə-qorxu yolu ilə pul toplayaraq, kriminal şəxslər arasında bölgü aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR