BANM BİOLAB-la müqavilə imzalayıb

BANM BİOLAB-la müqavilə imzalayıb
# 09 dekabr 2016 07:45 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin BIOLAB şirkətinin təşəbbüsü ilə “İstifadədə olan yağ analizi ilə avadanlıqların proqnozlaşdırılmış texniki baxım üsullari” adlı seminar keçirilib.

BANM-dən APA-ya bildirilib ki, seminarda BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, BİOLAB şirkətinin baş icraçı direktoru Sinan Vasfi, şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Bəxtiyar Məmmədzadə, o cümlədən şirkətin Azərbaycandakı satış menecerı Kənan Atakişiyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR-ın müxtəlif idarə və müəssisələrinin, BP-nin və diğər şirkətlərin nümayəndələri iştirak ediblər.

Rektor Elmar Qasımov BANM-də tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinə verilən xüsusi önəmdən və onları elmi tədqiqatlara cəlb etmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. E.Qasımov bildirib ki, bu tədris ilində BANM-nə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.

Sinan Vasfi bildirib ki, BİOLAB özünün 30 ilik təcrubəsi ilə neft və neft məhsullarının analizləri üçün laboratoriya avadanlıqlarının təmin edilməsi, quraşdırılması, təlimlərin verilməsi və eyni zamanda, servis xidmətini həyata keçirir. Mərkəzi ofisi Ankarada yerləşən BİOLAB bir çox ölkədə BP, Shell, Exxon, Türpaş və digər global şirkətlərini laboratoriya cihazları ilə təmin edib.

Tədbir çərçivəsində BANM və BİOLAB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmaya əsasən, BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində təşkil edilən stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarında, eləcə də elmi-praktiki seminarlarda və konfranslarda BİOLAB əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə mühazirələrin təqdimatı üçün şərait yaradılacaq. BANM-in əməkdaşları, tələbələri və BİOLAB şirkətinin əməkdaşları qarşılıqlı olaraq kitabxana-informasiya resurslarından istifadə imkanlarından yararlanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR