EBRD: Azərbaycanda orta illik inflyasiya 10,2% olacaq

EBRD: Azərbaycanda orta illik inflyasiya 10,2% olacaq
# 10 noyabr 2016 08:37 (UTC +04:00)

2016-cı ilin göstəricilərinə əsasən bu il Azərbaycanda orta inflyasiya 10,2% təşkil edəcək.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Hər kəs üçün keçid: Qeyri-bərabər dünyada bərabər imkanlar” adlı hesabatında yer alıb.

Hesabatda bildirilir ki, manatın devalvasiyasından sonra Azərbaycan orta illik devalvasiya 2016-cı ilin yanvar-sentyabr aylarında 11,2%-ə yüksəlib. Halbuki bu rəqəm 2015-ci ildə 4% təşkil edib. Cari ilin yekunlarına görə isə inflyasiya 10,2% olacaq.

“Cari ilin yekunlarına görə, Azərbaycan ödəmə balansı profisitinin ÜDM-in 0,7% səviyyəsində, büdcə kəsirinin isə ÜDM-in 9,9%-i səviyyəsində olacağı proqnozlaşdırılır”, - deyə hesabatda qeyd olunub.

Bundan öncə EBRD-nin hesabatında Azərbaycanda iqtisadi azalmanın cari ildə 3% olacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR