Azərbaycanlı professor beynəlxalq konsorsiumun vitse-prezidenti seçilib

Azərbaycanlı professor beynəlxalq konsorsiumun vitse-prezidenti seçilib
# 15 noyabr 2017 09:50 (UTC +04:00)

Çinin Ruqao, Şanxay və Sian şəhərlərində İpək Yolu ölkələrinin Hüquq və Məhkəmə Elmləri üzrə Beynəlxalq Konsorsiumunun II beynəlxalq konfransı, Məhkəmə Elmləri, Tədqiqatları və Təhsili üzrə II Beynəlxalq Simpoziumu və beynəlxalq konfransı keçirilib, habelə sözügedən şəhərlərdə Henri Li adına kriminalistika muzeylərinin açılışı olub.

APA-nın məlumatına görə, tədbirlərdə ABŞ, Çin, Rusiya, Avropa İttifaqı və İpək Yolu ölkələrinin aparıcı alim və mütəxəssisləri, Çinin yüksək ranqlı vəzifəli şəxsləri iştirak ediblər.


Konsorsiumun təsisçilərindən olan UNESCO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, Dünya Tibbi Hüquq Assosiasiyasının vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Tibbi hüquq və bioetika ictimai birliyinin sədri, məhkəmə-tibbi ekspert və hüquqşünas, professor Vüqar Məmmədov yekdilliklə təşkilatın vitse-prezidenti seçilib.

Qeyd edək ki, Çin Xalq Respublikasının lideri Si Tsinpinin bəyan etdiyi “Bir Kəmər-Bir Yol” təşəbbüsünə uyğun olaraq 2016-cı ilin oktyabr ayında Çinin qədim paytaxtı Sian şəhərində dünyanın məşhur kriminalistlərindən olan ABŞ-nın Nyu Heven Universitetinin Henri Li adına Kriminal Ədliyyə və Məhkəmə Elmləri İnstitutunun prezidenti, professor Henri Linin rəhbərliyi altında İpək Yolu ölkələrinin Hüquq və Məhkəmə Elmləri üzrə Beynəlxalq Konsorsiumu yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR