Elmin İnkişafı Fondunun müsabiqəsinin nəticələri elan olunub

Elmin İnkişafı Fondunun müsabiqəsinin nəticələri elan olunub
# 11 avqust 2017 08:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2017-ci ildə elan edilmiş 8-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.

EİF-dan APA-ya verilən xəbərə görə, müsabiqə müddətində fond qrant iddiaçılarına kömək məqsədilə üç məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 25 layihə elmi ekspertiza mərhələsinə buraxılıb.8-ci “Mobillik qrantı” müsabiqəsinə layihələr alimlər tərəfindən bu dəfə “online” şəkildə, Fondun innovativ texnologiyası olan və ASAN imzanın inteqrasiya edildiyi “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim olunub.

Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 8-ci “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 92000 manat olan 17 qalib layihə müəyyənləşdirilib. 8-ci “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 8-i xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 9-u isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 8-i qadındır. Fizika-riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 1, Yer haqqında elmlər üzrə 5, biologiya, tibb və aqrar elmləri üzrə 6 və humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib olub.

8-ci “Mobillik qrantı”nın qalibləri Türkiyə, Koreya, Gürcüstan, Polşa, Rusiya, Almaniya, Yunanıstan, Fransa və İspaniyada elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR