İstanbuldakı terror aktını törədən şəxs gecə klubunun planına bələd imiş

İstanbuldakı terror aktını törədən şəxs gecə klubunun planına bələd imiş
# 03 yanvar 2017 20:35 (UTC +04:00)

İstanbuldakı terror aktını törədən şəxs “Reina” gecə klubunun gizli giriş-çıxışları da daxil olmaqla, obyektin daxili planına yaxşı bələd imiş. APA-nın “Hurriyyət”ə istinadənn verdiyi xəbərə görə, ilkin istintaqa əsasən, cinayətkar yalnız personala məlum olan üç gizli çıxış daxil olmaqla, klubdakı bütün çıxışların yerini bilirmiş.

Məlumata görə, hücumun əvvəlində terrorçu işıq-səsli qumbaradan istifadə edib. Didjeyin kabinəsindən isə 180-dək giliz aşkarlandığı bildirilir.

Hücumu törətməkdə şübhəli bilinən şəxs hadisə yerini taksi ilə tərk edib. Məlumata görə, Kuruçeşmə rayonunda taksi saxlayan həmin şəxs sürücüyə üstündə pul olmadığını və onun mobil telefonundan zəng etməyi xahiş edib. Sürücünün sözlərinə görə, həmin şəxs türk dilində danışırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR