"Unibank" yarımilliyi 1 mln. manat mənfəətlə başa vurub

"Unibank" yarımilliyi 1 mln. manat mənfəətlə başa vurub
# 20 iyul 2017 08:57 (UTC +04:00)

"Unibank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin I yarısında 690,444 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,96% azdır.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə kredit portfeli 16,74% azalaraq 387,354 mln. manat olub.

"Unibank"ın depozit portfeli hesabat dövrü ərzində 7,23% azalaraq 362,371 mln. manata çatıb. Bankın öhdəlikləri 20,40% azalaraq 573,506 mln. manat təşkil edib.

Bank nizamnamə kapitalını açıqlamayıb. Bununla yanaşı, bankın məcmu kapitalı 1,7 dəfə artaraq 103,709 mln. manata çatıb.

Bank ilin ilk yarısını 1,094 mln. min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR