2020-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələrindən yeni generasiya gücü 420 MVt olacaq

2020-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələrindən yeni generasiya gücü 420 MVt olacaq
# 31 may 2018 08:13 (UTC +04:00)

Bu gün Bakıda "Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi" mövzusunda ekspert məsləhətləşmələrinə həsr olunan seminar keçirilib.

"APA-Economics"in məlumatına görə, Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib ki, Azərbaycan bərpa olunan energetikanın inkişafı baxımından olduqca güclü potensiala malik ölkədir. Onun sözlərinə görə, ölkədə iri həcmdə külək və günəş resursları, əhəmiyyətli həcmdə biokütlə, geotermal və kiçik hidroenergetika resurslar potensialı mövcuddur.

O bildirib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi 2004-cü ildən dövlətin enerji siyasətinin ən prioritet istiqamətlərindən hesab olunur:" Kommunal xidmətlərin inkişafına dair təsdiq edilmiş Strateji Yol Xəritəsində alternativ və bərpa olunan enerji ilə bağlı hədəflər və tədbirlər müəyyən edilib. Strateji Yol Xəritəsi 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Yol xəritəsində 2020-ci il üçün bərpa olunan enerji mənbələrinin qoyulmuş güc hədəfi 420 MVt səviyyəsində müəyyən edilib. Bununla belə qeyd olunan enerji mənbələrindən istifadə hələ ki, məhduddur və mövcud resursların miqyasına və ölkənin iddiasına cavab vermir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR