Qazaxıstan neft hasilatının “dondurulması” və ya azaldılmasını nəzərdən keçirməyə hazırdır

Qazaxıstan neft hasilatının “dondurulması” və ya azaldılmasını nəzərdən keçirməyə hazırdır
# 29 oktyabr 2016 19:46 (UTC +04:00)

Qazaxıstan neft hasilatının “dondurulmasını” və ya azaldılmasını nəzərdən keçirməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Mazqum Mirzaqaliyev bildirib.

“Biz bu məsələni hələlik ölkə daxilində müzakirə etməyə hazırıq. Bugünkü toplantıda fikir mübadiləsi aparmaq, OPEK və qeyri-üzv ölkələrin yanaşmaları ilə tanış olmaq bizim üçün çox vacib idi”, - deyə nazir müavini bildirib.

Qeyd edək ki, bu gün Vyanada OPEK və qeyri-üzv ölkələrin texniki görüşü keçirilib.

Neft hasilatının həcminin məhdudlaşdırılmasına dair yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşündə qəbul ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR