"Nikoil Bank" rübü mənfəətlə başa vurub

"Nikoil Bank" rübü mənfəətlə başa vurub
# 13 aprel 2017 13:38 (UTC +04:00)

"Nikoil Bank" QSC-nin aktivlərinin həcmi 2017-ci ilin I rübündə 7% azalaraq 408 mln. 726,4 min manat təşkil edib.


"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, rüb ərzində bankın kredit portfeli 15,6% azalaraq 202 mln. 899,56 min manat olub.

Bankın depozit portfeli bu ilin aprelin 1-nə 231 mln. 688,56 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 12% azdır. Rüb ərzində bankın öhdəlikləri 7,9% azalaraq 367 mln. 560,72 min manata enib.

Müqayisə olunan dövrdə bankın nizamnamə kapitalı dəyişməyib, məcmu kapitalı isə 1,7% azalaraq 52 mln. 280,21 min manat olub.

Bank I rübü 227,41 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR