Pakistanda partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb, 83 nəfər yaralanıb - YENİLƏNİB

Pakistanda partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb, 83 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 13 fevral 2017 19:10 (UTC +04:00)

Pakistanın Lahor şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb, 83 nəfər xəsarət alıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, polis insidenti terror aktı kimi qiymətləndirib.

Hücuma görə məsuliyyəti "Taliban" hərəkatının Pakistan qolu ilə əlaqəli "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb.

***

18:19

Pakistanın Lahor şəhərində güclü partlayış baş verib.

APA-nın “Assosiated Press”ə istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, üzərində partlayıcı qurğu olan şəxs motosikletini etirazçıların üzərinə sürüb. Aksiya iştirakçıları hökumətin dərman satışına dair qanunvericiliyə etdiyi dəyişikliklərə etiraz ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR