Gənc bəstəkarların əsərlərindən ibarət konsert olacaq

Gənc bəstəkarların əsərlərindən ibarət konsert olacaq
# 02 fevral 2018 09:33 (UTC +04:00)

Fevralın 14-də Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Gəncliyin səsi” adlı gənc bəstəkarların əsərlərindən ibarət konsert keçiriləcək.

APA-nın məlumatına görə, konsertdə ilk dəfə olaraq, gənc bəstəkarlar Elvin Quliyev, Tamilla Əhədova, Nigar Əliyeva, Toğrul Salmanov və Səid Qəninin əsərləri təqdim olunacaq. Gənclərin simfonik orkestr üçün yazdığı əsərləri xalq artisti Fəxrəddin Kərimovun təfsirində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.


Konsert Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının yaranma günündə olacaq.

Konsertin informasiya dəstəkçiləri arasında "APA Holdinq" də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR