Azər Həsrət: “Necə olur ki, xaricdən pul alanda yox, dövlət vətəndaşına yardım göstərəndə media müstəqilliyi pozulur?”

Azər Həsrət: “Necə olur ki, xaricdən pul alanda yox, dövlət vətəndaşına yardım göstərəndə media müstəqilliyi pozulur?”
# 10 mart 2018 09:45 (UTC +04:00)

“Necə olur ki, xaricdən pul alanda media müstəqilliyinə xələl gəlmir, amma dövlət öz vətəndaşına yardım göstərəndə media müstəqilliyi pozulur?”


APA-nın xəbərinə görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət deyib.

“Guya dövlətdən yardım almaq medianın müstəqilliyinə xələl gətirə bilər. Ancaq bunu deyən adamların özləri xarici dövlətlərdən külli miqdarda - yüz minlərlə, milyonlarla dollar alırlar”, - deyə A. Həsrət bildirib.

O deyib ki, həmin insanlar xarici ölkələrdən aldıqları yardımların qarşılığında Azərbaycan dövlətini tənqid etməklə məşğuldurlar: “Ölkədə xaos yaratmağa çalışırlar. Xarici dövlətdən maliyyə yardımı almaq medianın müstəqilliyinə xələl gətirmir, amma bir insanın, bir vətəndaşın, jurnalistin öz dövlətindən aldığı dəstək medianın müstəqilliyinə xələl gətirir?! Burada məntiq yoxdur, sadəcə olaraq, o adamların məqsədi Azərbaycan mətbuatını və Azərbaycan dövlətinin media siyasətini gözdən salmaqdır. Biz diqqətli olmalı və çalışmalıyıq ki, cəmiyyəti çaşdırmaq, ajiotaj yaratmaq, manipulyasiya etmək istəyən insanların qarşısını birlikdə alaq”.

A. Həsrət qeyd edib ki, Azərbaycan dövlətinin mediaya verdiyi dəstəyin məqsədi medianın müstəqilliyini əngəlləmək deyil: “Dövlət dəstəyi sadəcə medianın daha müstəqil, daha möhkəm dayaqlar üstündə dayana bilməsi üçün edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR