Şimali Koreya hökuməti ballistik raket sınağı keçirdiyini təsdiqləyib.
APA-nın məlumatına görə, bu barədə “Rönxap” agentliyi məlumat yayıb.
Məlumata görə, “Xvason – 12” ballistik raketin sınağı uğurla keçirilib. Raket Yaponiya üzərindən keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.