Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib

Qaxda at qadını təpikləyərək ağır xəsarətlər yetirib
# 15 oktyabr 2016 22:32 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda at təpikləyən iki uşaq anası ağır xəsarət alıb. Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 15-i axşam saat 19 radələrində rayonun Tanqıt kənd sakini, 1981-ci il təvəllüdlü Tünzalə Əhliman qızı Hünbətova kəllə-beyin travması, beyin silkələnməsi və qulaq seyvanının cırığı xəsarəti ilə xəstəxanaya daxil olub.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tünzalə Hünbətovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR