Bakıda güləşçini qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda güləşçini qətlə yetirən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib
# 02 mart 2018 12:59 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, L. Alıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Bakıda baş verib. Loğman Alıyev münaqişə zəminində dostu Elçin Tapdıqovu qətlə yetirib.

Loğman Aliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu maddəsi ilə ittiham edilir.

Qətlə yetirilən şəxs peşəkar güləşçi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR