Ekoloji qanunvericiliyin tələblərini pozan mağaza sahibi cərimələnib

Ekoloji qanunvericiliyin tələblərini pozan mağaza sahibi cərimələnib
# 13 mart 2018 06:51 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçiriblər.

Nazirlikdən APA-ya bildirilib ki, aeyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkarlanıb.

Araşdırma zamanı tullantıların sözügedən ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.

Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimələnib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N. Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR