DİM müəllim, tələbə və magistrantlar üçün ödənişli hazırlıq kurslarının təşkilinə başlayıb

DİM müəllim, tələbə və magistrantlar üçün ödənişli hazırlıq kurslarının təşkilinə başlayıb
# 15 sentyabr 2017 09:25 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılması üçün markerlərin elektron qeydiyyatına başlayıb. DİM-dən APA-ya veriləın xəbərə görə, mərkəz oktyabrın 18-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair təşkil edəcək. Hazırlıq kursları Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan regional bölmələrində keçiriləcək.

Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrantlar da iştirak edə bilərlər. Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.
Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlərin elektron “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment. dim.az saytında verilmişdir) yararlanmaq olar. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir və onlar müqavilə əsasında ekspert və ya marker kimi mərkəzlə əməkdaşlığa cəlb oluna bilər.

Qeyd olunub ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrantlar üçün hazırlıq kursları ödənişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR