Azərbaycan prezidenti Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan prezidenti Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
# 17 yanvar 2017 07:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində görüşlərini davam etdirir.

APA-nın məlumatına görə, dövlət başçısı yanvarın 17-də Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.

Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirilib.

“Procter and Gamble Europe” şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulanıb və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR