İspaniyada terror aktı nəticəsində ölənlərin sayı artıb

İspaniyada terror aktı nəticəsində ölənlərin sayı artıb
# 18 avqust 2017 19:28 (UTC +04:00)

İspaniyada terror aktı nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 14 nəfərin öldüyü, 130 nəfərin yaralandığı, 65-in xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Ötən gün Barselonanın mərkəzində naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər.

Polis Kambrils şəhərində 5 terrorçunu zərərsizləşdirib, 4 nəfər saxlanılıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR