® Xeyirxahlıq dünyanı xilas edəcək!

<font color=red>® </font>  Xeyirxahlıq dünyanı xilas edəcək!
# 05 iyun 2018 08:20 (UTC +04:00)

"Natura" Təbii meyvə şirə brendinin dəstəyi ilə (Gilan FMCG Group) Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə paytaxtın 5 ulduzlu otellərin birində xeyriyyə tədbiri keçirilib.

Bu gözəl bayramda uşaq evlərindən və aztəminatlı ailələrdən olan 20-dən çox uşaq şən vaxt keçirməyə dəvət olunublar. Uşaqlar xüsusi nəqliyyatla şəhərin mərkəzinə gətirilmiş, sonra müxtəlif dadlı yeməklərə qonaq olmuşlar, və ən əsas animator və cizgi filmlərindən personajlar qrupu ilə əyləndiriblər.

Uşaqların bu imkanlardan həzz almasını görmək çox xoş idi , həmçinin böyük uşaqların balacalara kömək etməsini, onlara qulluq göstərmələri və qayğılarına qalmaqları çox həssas bir hisslər yaradırdı.

Bayramdan sonra uşaqlara şirniyyat və təbii şirələr hədiyyə olunmuşdur. Uşaqlar dedilər ki, onlar üçün ən yaxşı hədiyyə böyüklər tərəfindən edilmiş sevgi və diqqət idi, xüsusilə “Natura” təbii meyvə şirələri və “Salute” xeyriyyə fondunun (instagram: @salute_fund) nümayəndələrinin tam dəstək göstərməsi qeyd olunub.

"Uşaqlar bizim gələcəyimizdir və biz hamımız səyimizi, vəsaitlərimizi və vaxtımızı səxavətlə istifadə etməklə əsas dəyərlərin yerinə yetirilməsi üçün calışmalıyıq" - "Gilan FMCG Group"un PR Meneceri Tamilla Abdullayeva bizə olan müsahibəsində bunu qeyd etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR