Ötən il 48 uşaq ailələrinə qaytarılıb

Ötən il 48 uşaq ailələrinə qaytarılıb
# 05 mart 2019 11:16 (UTC +04:00)

Keçən il 48 uşaq təlim-tərbiyə aldıqları müəssisələrdən bioloji ailələrinin və ya yaxın qohumlarının himayəsinə qaytarılıb.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 98 uşaq dövlət uşaq müəssisələrinə yerləşdirilib. Övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifah halının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə 5 uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 217 uşaq isə reabilitasiya xidmətlərinə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR