Silahlı Qüvvələrdə siyasi partiyaların və QHT-nın fəaliyyəti qadağan edilir

Silahlı Qüvvələrdə siyasi partiyaların və QHT-nın fəaliyyəti qadağan edilir
# 05 iyun 2018 16:43 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrində qeyri-hokümət təşkilatlarının və siyasi partiyaların yaradılması və fəaliyyətinin rəsmi şəkildə qadağan edilməsi təklif olunur.

APA-nın məlumatına görə, bununla bağlı prezident tərəfindən Milli Məclisə “Siyasi partiyalar haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əlavələrin edilməsi təklif edilir.

Əlavələrə görə, Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının yaradılması və fəaliyyəti qadağan olunur.

Layihə Milli Məclisin iyunun 12-də növbədənkənar sessiyası zamanı keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR